Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçilərinin seminar müşavirəsi keçirilmişdir

26.10.2018

26 Oktyabr 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar müşavirəsi keçirilmişdir.Müşavirəni giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Ə.Ramazanov mədəniyyət müəssisələri işçilərinin qarşısında duran vəzifələr barədə danışmışdır.Qarşıdan gələn əlamətdar günlərlə bağlı mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində tapşırıq və tövsiyyələr vermişdir.                                                                                                                        Müşavirədə çıxış edən regional idarənin məsləhətçisi T.Əzimov ötən aylar ərzində görülmüş işlərdən,səmərəli fəaliyyətin təşkili istiqamətində qarşıda duran vəzifələrdən söz açmışdır.                                                                                                              Daha sonra Azərbaycan Kənd Təsərruffatı Nazirliyi,Azərbaycan Gənclər və İdman Nazirliyi,Azərbaycan Həmkarlar İttifaqı Federasiyası tərəfindən Azərbaycan Milli Xalq İdman oyunları spartakiadasında fərqlənən Həşimxanlı kənd Mədəniyyət evinin “Cəngavər pəhləvanlar”qrupunun üzvlərinə diplomlar təqdim edilmişdir.                        Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran fikir və məsələlərə aydınlıq gətirilib.