Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Oktyabr Dövlət Müstəqillik Günüdür

15.10.2018

18 oktyabr 2018-ci il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada 18 Oktyabr Dövlət Müstəqillik günü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirliməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan MKS-inin direktoru Eldar Urufov əvvəlcə tədbir iştirakçılarını bu bayram münasibəti ilə təbrik etdi, sonra müstəqilliyimizin tarixi haqqında geniş söhbət açdı. Müstəqilliyimizin yarnma tarixi haqqında biblioqrafiya və metodika şöbəsinin baş kitabxanaçısı Sevil Rzayeva geniş məruzə etdi.Tədbirdə çıxış edənlərdən MKS-inin direktor müavini Nəzakət xanım Salmanova, Oxuculara xidmət şöbəsinin müdiri Zərifə Kərimova, İnformasiya Resurs şöbəsinin müdiri Seyidməsmə Ələkbərova öz çıxışlarında bildirdilər ki, Azərbaycanmüstəqil suveren bir ölkədir, gündən-günə möhkəmlənir, qüdrətlənir. Tədbirdə o da vurğulanıb ki, Azərbaycanın Dövlət Müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü Ulu öndər Heydər Əliyevin 1994-cü il 15 oktyabr tarixli fərmanı ilə hər il qeyd edilir.Tədbirdə müstəqilliyimizə həsr olunmuş film nümayiş olundu.

Müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Tədbir “18 oktyabr – Dövlət Müstəqilliyi Günüdür” başlıqlı foto – kitab sərgisinə baxışla sona çatdı.