Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlət Müstəqilliyi gününə həsr olunmuş tarix dərsi

16.10.2018

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən Dövlət Müstəqilliyi günü münasibətilə 10 saylı tam orta məktəbdə tarix dərsi təşkil edilmişdir. Muzeyin əməkdaşı Aynur İbrahimovanın sual-cavab şəkildə qurduğu dərsdə şagirdlər müstəqillik uğrunda mübarizə yolunun tarixi haqqında suallara düzgün cavab verməklə bu mövzuya dair dərin biliklərini nümayiş etdirmişlər. Bu cəhətdən xüsusilə fərqlənən şagirdlərdən Həbibə Əliyeva, Ramiz  Əhmədzadə, Sevinc Tağıyeva və Fidan Qasımovaya Tarix-Diyarşünaslıq Muzeyinin təşəkkürnaməsi təqdim olunmuşdur.