19.10.2018
Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Energetik” klubu tərəfindən Dövlət Müstəqilliyi günü münasibətilə 21 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən bir qrupunun Şirvan şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Klubun müdiri Esmira Bəşirova ekskursiyadan əvvəl Azərbaycanın Dövlət Müstəqilliyinə gedən çətin və şərəfli yol, ümummilli lider Heydər Əliyevin bu yolda misilsiz xidmətləri haqqında məruzə ilə çıxış etmişdir. Mərkəzin əməkdaşı Səkinə Qayıbova şagirdləri Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən eksponatlarla tanış etmişdir. Şagirdlərdən Vüsalə Ağamalıyeva, Fatimə Süleymanlı, Validə Fərəcli, Sima Hüseynli, Gülşən Muradova, Rəşvin Şirəlizadə və b. dövlət müstəqilliyi və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.