19.10.2018
Dövlət Müstəqilliyi günü münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Əsmər Mirzəyevanın “Müstəqilliyimizin tarixi”, Firuzə Əliyulmusəvinin “Azərbaycan bayrağı”, Nərgiz Mahmudovanın “Müstəqilliyimiz əbədidir” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirin ikinci hissəsində tamaşaçılara 21 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin Dövlət Müstəqilliyi günü münasibətilə hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Tədbir iştirakçıları Dövlət Müstəqilliyi gününə həsr edilmiş kitab sərgisi ilə də tanış olmuşlar.