19.10.2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 17 may 2018-ci il tarixli, 108 nömrəli sərəncamının icrası ilə əlaqədar Şirvan şəhər Mədəniyyət Mərkəzinin Folklor evində tədbir keçirilmişdir. Folklor evinin direktoru Mehriban Əliyevanın şairin həyat və yaradıcılığı haqqında məruzəsi, bədii qiraətçilər Zümrüd Cəfərova, Sevil Hüseynova, Həcər Əhədova, Gülbikə Babayeva, Xuraman Bəhramova və Zülfiyyə Cəfərovanın ifasında Mikayıl Müşfiqin şeirləri dinlənilmişdir.