16.10.2018
16 Oktyabr 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Ş.Əsgərova tədbir iştirakçılarını Müstəqillik günü münasibətilə təbrik edərək bildirib ki,18 oktyabr tarixi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Məhz 27 il öncə bu tarixdə “Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunmuş və bu mühüm sənədlə uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdu. Daha sonra Mədəniyyət Mərkəzinin direktoru M.Ağazadə və digərləri çıxış edərək Azərbaycanın Müstəqillik tarixinə nəzər saldılar. Sonda 18 Oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə foto,kitab,jurnalvə qəzetlərdən hazırlanmış sərgiyə baxış keçirildi.