11.10.2018
Dövlət Müstəqilliyi günü münasibətilə Şirvan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən 21 saylı tam orta məktəbdə tarix dərsi təşkil edilmişdir. Heydər Əliyev Mərkəzinin əməkdaşı Səkinə Qayıbova “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı mühazirə oxumuş, Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı şagirdləri maraqlandıran suallara ətraflı cavablar vermişdir.