Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniya mövzusunda sərgi üzrə mühazirə

10.10.2018

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli sərəncamı ilə təsdiq  edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın  icrası ilə əlaqədar Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində sərgi üzrə mühazirə oxunması təşkil olunmuşdur. Muzeyin əməkdaşı Sevinc Namini Azərbaycanda narkomaniya ilə mübarizə və bu mübarizənin ümumxalq işinə çevrilməsi sahəsində dövlət səviyyəsində həyata keçirilən tədbirlər, narkomaniyanın tibbi və sosial fəsadları barədə mühazirə ilə çıxış etmiş, yeri gəldikcə, sərgidə nümayiş etdirilən əsərlər və onların müəllifləri haqqında məlumat vermişdir. Sərgidə Şirvan şəhər ümumtəhsil məktəblərində təhsil alan və Şirvan Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən dərnək üzvlərinin “Narkomaniya və sağlamlıq” mövzusunda çəkdikləri rəsmlər nümayiş olunmuşdur.