Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində də bu gündən etibarən kino nümayişinə başlanılmışdır

15.09.2017

Tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Əhməd Ramazanov açaraq Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında”08 avqust 2017-ci il tarixli,186 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Nazirliyin 06 sentyabr 2017-ci il tarixli 206 saylı əmri imzalanmışdır.Həmin əmrdə hər il 15 sentyabr ölkəmizdə kino mövsümünün açılışı günü kimi qeyd olunması nəzərdə tutulmuş və 15 sentyabr 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək nümayiş etdiriləcək Azərbaycan bədii,sənədli və cizgi filmlərinin repertuarı təsdiq edilməsi barəsində məlumat vermişdir.Kino mövsümünün açılışı ilə əlaqədar Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində də bu gündən etibarən kino nümayişinə başlanılmışdır.15 Sentyabr 2017-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində misilsiz fəaliyyətini nəzərə alaraq bu günki kino mövsümünün açılışınıda məhz Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizə diqqət və qayğısını əks etdirən Heydər Əliyev Mədəniyyətin hamisi”adlı film nümayiş etdirilmişdir.Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov,Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin metodisti Zəbulla Quliyev və digər vəzifəli şəxslər iştirak etmişdir.Film tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.