10.10.2018
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin kollektivi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırmışdır. Bu silsilədən ilk tədbir 9 saylı tam orta məktəbdə təşkil olunmuşdur. Heydər Əliyev Mərkəzinin əməkdaşı Səkinə Qayıbovanın “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusunda məruzəsi dinlənilmişdir. Tədbirin iştirakçıları Azərbaycanın dövlət müstəqilliyi barədə kitablardan, dövri mətbuat materiallarından və tarixi sənədlərdən ibarət sərgi ilə də tanış olmuşlar.