05.10.2018
5 Oktyabr 2018-ci il tarixində Şəhər Folklor Klubunda Şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivi “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirmişdir.Tədbirdə Sabirabad Regioanal Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov və onun müavini Əziz Abasov iştirak etmişdir.Giriş sözü ilə tədbiri açan Əhməd Ramazanov müəllim kollektivini təbrik edərək,ürək sözlərini söyləmişdir.Sonra İdarə rəisinn müavini Əziz Abasov çıxış edərək müəllim kollektivini təbrik etmişdir.Məktəbin direktoru Rahib Məmmədov tədbirdə iştirak etdikləri üçün qonaqlara öz təşəkkürünü bildirmiş və müəllim kollektivini təbrik edərək işlərində davamlı olaraq uğurlar arzulamışdır.Əhməd Ramazanov sonda məktəb rəhbərliyi və müəllimlərə tövsiyyələrini vermişdir.Təbriklərdən sonra məktəbin müəllimləri rəgarəng konsert proqramı ilə çıxış etmişdirlər