Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya cəmiyyətin düşmənidir”.

04.10.2018

Sabirabad  rayon  Heydər  Əliyev  Mərkəzində  04.10.2018 – ci  il  tarixdə 

“Narkomaniyaya  yox  deyək”  mövzusunda  maarifləndirici  tədbir  keçirilmişdir. Tədbirdə  rayon  İcra hakimiyyətinin  təşkilatçılığı  ilə  rayon  mərkəzi  xəstəxanası, mədəniyyət , gənclər  və idman  idarəsi,hüquq   mühafizə  orqanlarının  nümayəndələri ,ziyalılar, məktəblilər  və  gənclər  iştirak  etmişdilər.  Çıxışlarda  narkotikin  insan  orqanizminə , sağlamlığa , mənəviyyata  vurduğu  zərərlərdən , narkomaniyaya  qarşı  mübarizə  sahəsində  görülən  işlərdən , həyata  keçirilən  profilaktik  tədbirlərdən  danışılıb, bu  dəhşətli  bəlanın  yayılmasının  qarşısının  alınması  üçün  hamılıqla  mübarizə  aparılmasının  vacibliyi  önə  çəkilib.  “Narkomaniya  cəmiyyətin  düşmənidir”. “ Narkomaniyaya  yox  deyək” devizi  altinda  əhali  arasında  geniş  təbliğat- təşviqat  aparılıb. Tədbirdə  əyani  vasitələrdən  geniş  istifadə  edilib, sənədli  film  nümayiş  olunmuşdur.