10.09.2018
10 sentyabr 2018 – cil tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi konfransı keçirilib. Şəhər Təhsil şöbəsinin müdiri P.Qarayev “2017 – 2018 – ci ilin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfransda çıxış edən Sabirabad ŞİH – nın başçısı Nazim İsmayılov yeni dərs ili və Bilik günü münasibəti ilə rayonun bütün müəllim və şagirdlərini , o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik edib. Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan N.İsmayılov bildirib ki,təhsilin , elmin inkişafı olmadan heç bir sahədə uğur qazanmağın mümkün olmadığını qeyd edib. İcra başçısı daha sonra builki qəbul imtahanlarında yüksək bal toplayan bir qrup tələbəyə şəhər icra hakimiyyətinin Fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edib.