03.10.2018
03.10.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Əlilliyi olan şəxslərdə cəmiyyətin bir fərdidir" adlı tədbir keçirildi. Tədbirdə mədəniyyət işçiləri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, əlil uşaqlar, onların valideyinləri, məktəblilər iştirak etdilər. Tədbiri Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun qüvvəyə minməsi ilə əlaqədar, müvafiq Qanunun 7-ci, 16.1,18.3-cü maddələri ilə tədbir iştirakçılarını tanış etdi. Qeyd etdi ki, tədbirlər planına uyğun olaraq belə tədbirlər silsilə şəklində davam edəcək.Sonra dövlətin əlillərə göstərdiyi qayğıdan söz açdı. Mərkəzin əməkdaşları Mustafazadə Aytən, Ağayeva Xanım çıxış etdilər.Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Aynur xanım da öz fəlliyyətləri,əlil uşaqlarla necə qayğı ilə işlədikləri barədə məlumat verdi.Tədbirin sonunda Mərkəzin əməkdaşı Vəliyeva Həcərxanım "Əlillik arzulara əngəl deyil" adlı özünün hazırladığı slaydı tədbir iştirakçılarına təqdim etdi.