20.09.2018
Azərbaycan Respublikasında keçirilən “Sülh aylığı” çərçivəsində Şirvan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən “Mən sülhə səs verirəm!” adlı rəsm əsərləri sərgisi təşkil olunmuşdur. Sərgidə Şirvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Sevinc Nağıyevanın, 11 nömrəli tam orta məktəbin şagirdi Ruqiyyə Fərziyevanın, 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb-liseyin şagirdi Elturan İbrahimlinin və Hacıqabul şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Fəzilə Hüseynovanın müxtəlif janr və üslublarda çəkdikləri rəsmlər nümayiş etdirilmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva rəsmlərin müəlliflərinə həvəsləndirici mükafatlar təqdim etmişdir.