18.09.2018
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üzrə 28 avqust 2018-ci il tarixli, 87 nömrəli və Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə 14 sentyabr 2018-ci il tarixli, 69 nömrəli əmrlərin icrası ilə əlaqədar Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində 18 sentyabr 2018-ci il tarixdə Şirvan şəhər Uşaq Musiqi Məktəbində Milli Musiqi günü münasibətilə tədbir təşkil edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açmışdır. Fortepiano şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Şəfaqət Hacıyevanın çıxışı dinlənilmişdir. Daha sonra tamaşaçılara məktəbin müəllimi Aygün Əliyevanın aparıcılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında konsert-oçerk təqdim olunmuşdur. Bəstəkarın əsərlərindən seçilmiş nümunələri məktəbin müəllimləri Yaqut Nəcəfova, Xədicə Hacıyeva, Güllü Əsgərova, Əfsunə Nağıyeva, Gülnar Məmmədova, Ülkər Cabbarlı, şagirdlərdən Səidə Hüseynova, Rəvan Hüseynov, Kənan Bağırova, Günel Şərbətova, Fərid İsgəndərov, Teymur Süleymanov, Şahin Qədiməliyev və skripkaçılar ansamblı ifa etmişlər.
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi günü münasibətilə Şirvan şəhər Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları da yaxından iştirak etmişlər. Kitabxanaçılar musiqi məktəbində dahi bəstəkarın əsərlərindən və onun haqqında yazılmış kitablardan ibarət sərgi açmışlar. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Alma Cəfərova sərgi ilə tanış olanlara dahi bəstəkarın əsərlərinin, eləcə də onun haqqında yazılmış çap əsərlərinin nəşr tarixi və biblioqrafiyası haqqında ətraflı məlumat vermişdir.