17.09.2018
1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş,müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur.Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş,xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndiriməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıının 100-cü ildönümü tamam olur.Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Sabirabad rayon Mədəniyyət Mərkəzi ndə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıının 100-cü ildönümü ilə əlaqədar “100 illik tariximiz” mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov müsəlman Şərqində yaradılmış ilk demokratik parlamentli respublika haqqında m'lumat verərək Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına elm,təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd etmiş və Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qaydışından sonra müstəqil Azərbaycan Respublikasının yenidən qurulmasi və qorunması istiqamətində misilsiz xidmətlərindən və ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkəyə çevrildiyini bildirdi.