04.09.2018
Şirvan Dövlət Rəsm Qalereyasında rəssam, əməkdar icəsənət xadimi Lətif Feyzullayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş mühazirə oxunması təşkil edilmişdir. Tədbiri giriş sözü ilə qalereyanın direktoru Çinarə Vəliyeva açmışdır. Lətif Feyzullayevin həyat və yaradıcılığı, Azərbaycan incəsənət tarixində onun yeri mövzusunda qalereyanın əməkdaşı Şəbnəm Əhmədovanın mühazirəsi dinlənilmişdir. Müharizədən sonra tədbir iştirakçıları qalereyanın sərgi salonunda nümayiş etdirilən təsviri incəsəsənət əsərləri ilə taniş olmuşlar.