22.08.2018
22 avqust 2018-ci il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd Folklor evi və “Adıgün” kənd Mədəniyyət evi filiallarının birgə təşkilatçılığı ilə Nəsimikənd kəndində açıq havada Qurban Bayramı münasibətilə kütləvi tədbir keçirilmişdir.Tədbir milli-mənəvi dəyərlərə sadiqlik və adət-ənənənin qorunması istiqamətində keçirilən növbəti tədbir kimi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.Bir birindən maraqlı musiqi nömrələri,rəqslər və idmançıların çıxışları tədbirə xüsusi yaraşıq vermişdir.Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban Bayramının ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.