11.08.2018
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz rayonu oldu . Festivalda Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirləri nümaiş olunurdu.
15 regional mədəniyyət idarəsi arasında Sabirabad Regional Mədəniyyət idarəsinin , Hacıqabul rayonunu üzrə mədəniyyət işləri təmsil edirdi Hacıqabul rayon mədəniyyət işçilərinin əl işlərindən ibarət gözəl bir sərgi təşkil olunmuşdur ki, sərgi festivala gələn tamaşaçıların marağına səbəb olmuşdur . Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı təşkil olunmuşdur konsertdə Sabirabad Regional Mədəniyyət idarəsinin təmsil edən Hacıqabul rayonu Mədəniyyət işçisi Şamil Dənizin "Ana Kür " mahnısını ilə çıxış etdi. Festival atəşfəşanlıqla sona çatıb.