Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mühafizə Polislərinin 2018-ci il birinci yarımilliyə aid tədbir keçirilmişdir

16.07.2018

16  iyul  2018-ci  il  tarixdə  Sabirabad  rayon  Heydər  Əliyev  Mərkəzində  Sabirabad  rayonlararası  Mühafizə  Polislərinin  2018-ci  il  birinci  yarımilliyə  aid  tədbir  keçirilmişdir.  Azərbaycan  Dövlətçiliyi  Tarixi  kabinetində  Ulu  öndərin  həyat  və  fəaliyyətini  əks  etdirən  “Böyük  ömrün  anları”  filmi  nümayiş  olunmuşdur.Mərkəzin  ekskursiya  zalında  Ümummilli  liderimiz  Heydər  Əliyevin  həyat  və  fəaliyyəti,  xarici  və  daxili  siyasəti  haqqında, Prezident  İlham  Əliyevin  və  Mehriban  xanim  Əliyevanın  rayonumuza  səfərləri  haqqında  geniş  məlumat  verilmişdir. Ulu  öndərin  büstü  qarşısında  xatirə  şəkili  çəkilmişdir.Ümummilli  liderimiz  Heydər  Əliyev  1993-cü  il  iyunun  15-də  hakimiyyətə  qayıtmaqla   Azərbaycanı parçalanmaqdan, dövləti  və  dövlətçiliyini  məhv  olmaq  və  tarix  səhnəsindən silinmək  təhlükəsindən  qutardı,  gənc , Müstəqil  Azərbaycanın  dünyada  yerini  möhkəmlətdi ,rolunu və nüfuzunu  artırdı. Ona  görə də  haqlı  olaraq  deyilirki, “Müstəqil  Azərbaycan Heydər  Əliyevin  şah  əsəridir”.  Mərkəzin  akt  zalında  tədbirin  giriş  hissəsi  10  iyul  2018-ci  il  tarixdə  baş  verən  Gəncə  hadisələrində  şəhid  olmuş  polis  zabitlərinin  xatirəsi  1 dəqiqəlik  sükutla  yad  edildi. Qeyd  olundu ki, Daxili  İşlər Nazirliyi  sistemində  nazir  Ramil  Usubov  tərəfindən  aparılan  islahatlar, göründüyü  kimi  Mühafizə  Polisindən  də  yan keçməyib. İnanırıq  ki,  bundan  sonrada  da , həmişə  olduğu  kimi, Mühafizə  Polisi  dövlətimizə ,vətəndaşlara  xidmətdə  nazirin  etimadını  doğruldacaq  və  daha  böyük  uğurlara  imza  atacaqlar. Sonda  Mərkəzin  3D  kinozalında  “Qala”  bədii  filmi  nümayiş  olundu.