13.07.2018
13 iyul 2018-ci il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və “Asan xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 49-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.Azərbaycan Dövlətçiliyi Tarixi kabinetində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən “Böyük ömrün anları” filmi nümayiş olunmuşdur. Mərkəzin ekskursiya zalında Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, xarici və daxili siyasəti haqqında, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın rayonumuza səfərləri haqqında geniş məlumat verilmişdir. Ulu öndərin büstü qarşısında xatirə şəkili çəkilmisdir. Mərkəzin 3D kinozalında qonaqlara “Çölçü” filmi numayiş olundu.