Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi liderimiz

13.07.2018

13 İyul 2018-ci il tarixində Sabirabad MKS-də Ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməsiilə əlaqədar tədbir keçirilmişdir. Tədbir ulu öndərmizin xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlandı.Tədbirə sədirlik edən İnformasiya Resurs şöbəsinin müdiri Seyidməsmə ƏləkbərovaH. Əliyev haqqında ətraflı danışaraq, Azərbaycanın, Azərbaycan xalqının ən çətin, ən ağır, ən dəhşətli  günlərində Heydər Əliyevin böyük siyasətçi olmasından başqa onun necə möhkəm iradəli, qorxmaz, mətin qeyrətli addımları azərbaycançılığa və vətənpərvərlik məfkurəsində əsil nümunə olduğunu bildirdi.O, öz çıxışında qeyd etdi ki, 14 iyul tarixi təqvimdə rəsmiqeyd olunmasa da hər bir tərəqqipərvər azərbaycanlının ürəyinə həmişəlik həkk olunub. Çünki 14 iyul Azərbaycanı bütün dünyaya tanıtdıran tarix kimiyaddaşımıza silinməz izlər buraxıb. Sonra Xidmət şöbəsinin müdiri Z.Kərimova və Abonoment müdiri L.Məmmədova çıxış edərək Heydər Əliyev haqqında və onun xalqımızın həyatındakı əhəmiyyətli fəaliyyəti haqqında danışdılar. Onlar çıxışlarnda qeyd edərək bildirdilər ki, Xalq və Heydər kəlimələri həmişə xalqın yaddaşında əbədi həkk olunacaq.