Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirilmişdir

14.04.2017

Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Sabirabad rayon İcra Hakimiyyətilə birğə təşkil etdikləri “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirilmişdir.Tədbirdə idarə,müəssisə,təşkilat rəhbərləri,müəllimlər,orta məktəbin yuxarı sinif şagirdləri şəhid ailələrinin üzvləri,Qarabağ müharibəsi veteranları,gənclər iştirak etmişdir.Tədbir Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəlməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədini daşıyır.
Mərasim Azərbaycan Respublikasında dövlət himninin sədaları haqqında acıq elan olundu. Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhid oianların xatirəsi bir dəğalıq sükutla yad edilib,hərbi vətənpərvərlik mövzusunda video çarx nümayiş etdirilib.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general mayor Novruzəli Orucov, Əfqanıstan Müharibəsi veteranları ictimai birliyinin sədrı Məhəmməd Vəliyev,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü,Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışıblar.Natiqlər ordu quruculuğu sahəsində aparılan dövlət işləri nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin bütün göstəricilərinə görə regionun ən qüdrətli ordusu statusunu qazandığını qeyd ediblər.Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı,Sabirabad rayon Mədəniyyət Mərkəzinin A.İsgəndərov adına Xalq teatrı və teatrın nəzdində fəaliyyət göstərən əlillərdən ibarət“Mübarizlər”teatr qrupu aktyorlarının ifasında və Sabirabad rayon N.Gəncəvi adına orta məktəbin şagirdlərinin özfəaliyyət kollektivləri tənəpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişdirlər.