Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar regional konfrans keçirilmişdir

04.11.2017

Konfrans öncə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olundu. Tədbirin əvvəlində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası 25 il” filmi nümayiş olundu. Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq,Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, bu səviyyədə inkişafını dahi şəxsiyyət Heydər Əliyevin,onun layiqli davamçısı prezident İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi.Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə görülən işlərdən bəhs edən natiqlər Azərbaycanın bundan sonra parlaq qələbələrə,böyük uğurlara imza atacağına əminliyini ifadə etdilər. Tədbirin sonunda təşkilatın fəaliyyətində aktivliyi ilə seçilmiş üzvlərə(Hüseynli Abasət Fərasət oğluna,Mirzəyeva Ellada Rəşid qızına,Ağazadə Mirtale Mirnizami oğluna,Cəfərova Günel Əlisəfər qızına və başqalarına) fəxri fərmanlar və mükafatlar təqdim olundu.