Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzində Bakı Uşaq teatrının aktyorlarının ifasında “Günahsız günahkarlar” tamaşası nümayiş olundu

02.11.2017

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Gənclər, İdman Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sifarişi ilə ərsəyə gəlib.Tamaşanın ssenarisi Arzu Soltana aiddir, qurluşçu rejissoru İntiqam Soltandır, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır.
Tamaşanı təqdim etməzdən əvvəl tamaşanın qruluşçu rejissoru İntiqam Soltan çıxış etdi. Sonra tamaşa nümayiş olundu. Tamaşanın qəhrəmanları bir kafedə "Mafiya" oyunu oynayaraq əsl mafiyaların toruna düşürlər. Birinci vurulan Qurban "yaxşı iş" adıyla xaricə aparılaraq sənədləri əlindən alınır və pulsuz-parasız ağır işlərdə çalışdırılaraq aldadılır. İkinci oyunçu Songül insan alverinin, xəstə qızının müalicəsi üçün istənilən məbləği əldə etmək üçün böyrəyini satmağa məcbur olan üçüncü oyunçu Şikar isə orqan transplantasiyası mafiyalarının qurbanı olurlar. Tamaşanın qəhrəmanları başlarına gətirilən oyunlar qarşılığında intiqam almaq hissi ilə yaşayırlar. Əsərdə qlobal dünya probleminə çevrilmiş insan alverinə qarşı maariflənmə - mübarizə forması kimi qabardılıb. Böyüklər üçün nəzərdə tutulan tamaşa 1 saat 10 dəqiqə davam edir. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər. 
Sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində ərsəyə gələn bu tamaşa Sabirabadlıların böyük marağına səbəb oldu.