27.04.2018
27.04.2018-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gənclərdə vətənpərvərlik” mövzusunda dəyirmi masa təşkil olundu. Tədbir də Heydər Əliyev Mərkəzinin əməkdaşları, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komissiyasının İmişli bölgəsi üzrə şöbənin əməkdaşı İbrahimov Elvin və Saatlı rayon Peşə liseyi iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telman Ağayev qonaqları salamladıqdan sonra, tədbirin mövzusu ilə əlaqədar bir sıra məlumat verdi və vətənpərvərliyin, vətənə, millətə sevginin nə olduğunu izah etdi. Ümumillli lider Heydər Əliyev də bu məsələni fəaliyyətinin əsas istiqamətlərinin biri kimi qəbul edərək ölkədə vətənpərvər gənclərin yetişməsinə stimul yaradıb. Sirr deyil ki, Heydər Əliyevin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini müasir nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tuturdu. Ümummilli liderin fikrincə: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Daha sonra mövzu ilə bağlı çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva gənclərdə milli vətənpərvərlik, millətə və dövlətə qarşı sevgi və qürur hislərinin aşılanmasından bəhs etdi. Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin elmi-işçisi Hüseyn Eynullayev vətənpərvərliyin anlamını, vətən dedikdə nə başa düşüldüyünü, həmçinin milli mənəvi dəyərlərimizdən, dövlət atributlarımızdan, dövlətçilik ənənələrimizdən və tariximizdən izahlı şəkildə bəhs etdi. Nə qədər zülmlərə məruz qalsa da sahib olduğu dəyərləri, adət ənənələri heç bir zaman itirmədi, hər zaman özünün müstəqil dövlətini qurdu və onun yaşaması uğrunda əzmlə mübarizə apardı. Sonra çıxış edən ARDQİDK İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elvin İbrahimov gənclərimizdə vətənpərvərlik sevgisinin güclü olmasından, Azərbaycan xalqının vətənə,millətə, dövlətinə hər zaman sevgiylə yanaşmasından bəhs etdi. Sonda xatirə şəkili çəkildi.