Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayon Heydər Əliyev Mərkəzində 03.04.2018-ci il tarixində keçirilən açıq tarix dərsi

03.03.2018

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018 ci il tarixli 3587 nöməli Sərəncam imzalamışdır. Bu sərəncama əsasən Saatlı rayon Heydər Əliyev Mərkəzində 03.04.2018-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqına törədilmiş “31 Mart” soyqırımının 100 illiyi ilə əlaqədar açıq tarix dərsi keçirildi. Açıq tarix dərsində Saatlı rayon 2 №- li tam orta məktəbin tarix müəllimi Hümbətov Elnur, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elvin İbrahimov və Səməd Vurğun adına Saatlı rayon 1№-li tam orta məktəbin 8-ci sinif şagirdləri iştirak etdilər. Açıq dərsi giriş sözü ilə açan Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərin müvəqqəti icra edən Telman Ağayev şagirdləri salamlayaraq, mövzu ilə əlaqədar məlumat verdikdən sonra sözü tarix müəllimi Elnur Hümbətova verdi. Elnur Hümbətov açıq tarix dərsində “31 Mart” soyqırımı ilə bağlı ətraflı məlumat verərək, törədilən soyqırımın yalnız tarixi yönüylə deyil, həmdə siyasi baxımdan geniş ölçəkdə izahlar gətirərək tarixin ən acımasız soyqırımı olan “31 Mart” hadisələrini şərh etdi. Törədilən soyqırımda məqsədin erməni millərçilərinin Azərbaycanda hakimiyyəti yekdil olaraq ələ almaq və ”böyük ermənistan xülyası” yaratmaq idi. Bunun üçün də Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti apardılar. Amma millətimizə qarşı törədilən bu soyqırım xalqımızın içindəki dövlətçilik ideyasını müstəqilliyə olan inamını öldürə bilmədi Həmçinin soyqırımdan bəhs edərkən soyqırım gününün “31 mart” olaraq göstərilməsi simvolik olduğunu vurğulayaraq, əslində hadisələrin mart ayının 30-dan sentyabr ayına qədər fasilələrlə bütün Azərbaycan ərazisində törədildiyini və əlli mindən çox insanın qətl edildiyini bildirdi. 31 mart tarixində baş verən bu soyqırıma ilk dəfə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev hüquqi-siyasi qiymət vermiş və 26 mart 1998-ci ildə “31 mart azərbaycanlıların soyqırım günü” kimi qeyd olunması barədə sərəncam verdi. Bu sərəncam həmçinin gələcək nəsillər üçün də siyasi bir sənəd oldu.