26.04.2018
Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması təşkil olunmuşdur. 12 komandanın iştirak etdiyi yarışma üç mərhələdə keçirilmişdir. Rəqiblərini geridə qoyan mərhələləri daha inamla keçən “Zirvə” və “Dəniz” komandaları sonuncu mərhələdə üz-üzə gəlmişlər. Suallara daha doğru cavab verən “Zirvə” komandası yarışmanın qalibi olmuşdur.