Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinə həsr olunmuş dəyirmi masa

12.07.2017

Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin qırx səkkizinci ildönümü münasibətilə Şirvan şəhər Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunmuşdur. Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Adəm Hüseynov, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Bibixanım Şükürlü, Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubunun müdiri Xatirə Əhədova, şəhər Gənclər və İdman İdarəsinin böyük məsləhətçisi Cavid Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Şəfəq Səlimova dəyirmi masa ətrafında müzakirələrdə çıxış etmişlər. Çıxış edənlər yekdilliklə xüsusi olaraq belə bir fikri vurğulamışlar ki, 1969-cu ilin 14 iyulunda Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində tamamilə yeni bir mərhələ başlamış, sonralar suveren dövlətə çevrilmiş Azərbaycan Respublikasının hərtərəfli inkişafının təməl daşları məhz həmin dövrdə qoyulmuşdur.