Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şah İsmayıl Xətaiyə həsr olunmuş ədəbi-bədii gecə

21.07.2017

Şirvan şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Səfəvilər Dövlətinin banisi, şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. İlhyamə İmanovanın "Azərbaycan tarixində Səfəvilər dövlətinin yeri" , Əsmər Rəhimovanın "Şah İsmayıl Xətainin həyatı", Mehriban Novruzovanın "Şah İsmayıl Xətainin lirikası" filologiya elmləri üzrə fəlsəfə doktoru Şəhla Məcidovanın "Şah İsmayıl Xətainin həyat və yaradıcılığından maraqlı faktlar" mövzularında məruzələri dinlənilmişdir. 18 saylı tam orta məktəbin şagirdi Sevinc Hüseynli, 10 saylı tam orta məktəbin şagirdi Günel Bağırlı, 9 saylı tam orta məktəbin şagirdləri Səbinə Əliyeva və Mehtab Məlikova Şah İsmayıl Xətainin qəzəllərini səsləndirmişlər.
Tədbirin iştirakçıları "Şah İsmayıl Xətainin vəşiyyəti" adlı videofilmə baxmış, "Şah İsmayıl Xətai - 530" adlı kitab sərgisi ilə tanış olmuşlar.