Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc rəssam Güllü İmanovanın fərdi yaradıcılıq sərgisi

24.07.2017

Şirvan şəhər Mədəniyyət Mərkızinin Bayramlı qəsəbə klubu tərəfindən Heydər Əliyev Parkında gənc rəssam Güllü İmanovanın fərdi yaradıcılıq sərgisi təşkil olunmuşdur. Sərgidə istedadlı rəssamın yağlı boya ilə müxtəlif mövzularda çəkdiyi iyirmi rəsm əsəri nümayiş etdirilmişdir. Tamaşaçılar tərəfindən maraqla qarşılanan sərginin açılış mərasimində Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru Namidə Namini çıxış edərək Güllü İmanovanı sənət uğurları, tamaşaçılara yüksək estetik zövq verən baxımlı sərgi, həm də ad günü münasibətilə təbrik etmişdir. Namidə Namini Güllü İmanovaya Mədəniyyət Mərkəzinin fəxri fərmanını və qiymətli hədiyyə təqdim etmişdir.
Fərdi yaradıclıq sərgisi Mədəniyyət və Tirizm Nazirliyinin tapşırığına əsasən xarici və yerli tuistlərin, şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə tərtib edilmiş tədbirlər planı çərçivəsində təşkil olunmuşdur.