Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabul rayonu Mədəniyyət işçilərinin aylıq seminar-müşavirəsi keçirildi

03.03.2018

 

          03.03.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayonun Mədəniyyət işçilərinin növbəti aylıq seminar-müşavirəsi keçirildi. Seminarda rayonun mədəniyyət sahəsində çalışan əməkdaşları iştirak etdi. Seminarda fevral ayı ərzində görülmüş işlər müzakirə olundu. Həmçinin seminar gedərkən ekranda rayonun mədəniyyət müəssisələrində keçirilmiş tədbirlərin şəkilləri nümayiş olundu. Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov  çıxış edərək mədəniyyət işçilərinə növbəti ay ərzində görüləcək işlər və tədbirlərlə bağlı müəyyən tapşırıqlar verdi. Sonra qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibəti mədəniyyət sahəsində çalışan bir qrup aktiv qadın Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.