Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

07 Mart 2018-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

07.03.2018

Sabirababad rayon İcra Hakimiyyətinin başçısı cənab N.İsmayılov çıxış edərək Azərbaycan qadınlarını 8 Mart Qadınlar bayramı münasibətilə təbrik edib.Bildirdi ki,bugün Azərbaycan qadınları bütün sahələrdə,ictimai-siyasi,mədəni,sosial və digər sahələrdə layiqincə təmsil olunur.N.İsmayılov qeyd edib ki,əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkəmizdə ana,qadın adının uca tutulduğunu vurğulayan rayon İcra Hakimiyyətinin başçısı, Heydər Əliyev fondunun prezidenti,millət vəkili Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai siyasi fəaliyyətini diqqətə çatdırıb.                                                                                                                    Onu da qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 01 mart tarixli 3729 nömrəli Sərəncamı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Hacızadə Rəna Sabir qızı “Tərəqqi”medalı təltif edilmişdir.                                                                       Tədbirdə bir qrup qadın Prezident təqaüdçüsü,I dərəcə “Əmək”ordenli,Sosialist əməyi qəhrəmanı Hüseynova Fatma Rza qızı,Azərbaycanın Milli Qəhrəmanı polkovnik leytenant,şəhid Murad Mirzəyevin anası Mirzəyeva Güllübəyim Məmmədağa qızı, Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz Əhmədovun bacısı Əhmədova Nüşabə Əlizadə qızı,Cəngən kənd tam orta məktəbinin direktoru Mirzəyeva Sevinc Əlmirzə qızı,M.Müşfiq adına 4 nömrəli şəhər tam orta məktəbinin coğrafiya müəlliməsi Əsgərova Nurlana Əlfağa qızı,Musiqi məktəbinin direktoru Xəlilova Ceyran Əlimərdan qızı,Mərkəzi rayon xəstəxanasının həkimi Rəsulova Rəna Rəhim qızı,Fərdi təsərrüfatçı Heydərova Nərminə Bayram qızı və Fərdi təsərrüfatçı İmanova Bəsti Ağamalı qızı Sabirabad rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunmuşlar.                                                                                                                                      Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Q.Quliyev adına XÇA ansamblının ifasında maraqlı konsert proqramı ilə davam edib. Konsertdə R.Soltanovun ifasında “Ana”,S.Baxşıyevin ifasında “Ana laylası”,Mehin Abdullayevanın ifasında Şur təsnifi,gənc xanəndələr Solmaz Xudiyeva və Toğrul Abıyevin ifalarında “Leyla”və digər mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarçılanıb.