Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 Fevral 2018-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzində rayon və filial müəssisələri işçilərinin seminar iclası keçirilib

26.02.2018

Seminarda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi T.Əzimov çıxış edərək Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar məruzə edib. Sabirabad Regonal MKS-nin direktoru E.Urufov və Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru M.Ağazadə çıxışlarında Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi,ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat veriblər.                                                        Mərkəz və filiallarda  Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlər barədə söhbət açılıb. Sonra Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Yaddaş”filmlər kinostudiyasının hazırladığı “Azərbaycanın Milli Qəhrəmanları”adlı film nümayiş etdirilmişdir.