Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir

26.02.2018

Şirvan şəhər Uşaq Musiqi Məktəbində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açmış, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Mübariz Dadaşovun Xocalı soyqırımı mövzusunda məruzəsi dinlənilmişdir. Tədbir şagirdlərin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.