Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə Uşaqlar Gününə həsr olunmuş tamaşa nümayiş olunub.

01.06.2026

31 may və 1 iyun 2026-cı il tarixlərində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli Rayon Mədəniyyət Mərkəzi və İmişli Şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Nağıl qəhrəmanları bu gün” adlı əyləncəli musiqili tamaşa nümayiş etdirilib.

Mədəniyyət Mərkəzində səhnələşdirilən tamaşanın ssenari müəllifi və rejissoru Yeganə Gülalıyeva, tamaşanın rəhbəri və səs rejissoru Daşqın İsmayılov, rəssamı Namiq Mehtiyev, musiqi tərtibatçısı isə Tünzalə Qasımova olub.

Səhnə əsərində müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı və rəngarəng səhnələr təqdim olunub. Rolları Baxış Babaşov (Çoban), Elnur Məcidov (Canavar), Vüsalə Hüseynli (Kraliça, Nənə və Tülkü), Valeh Həşimov (Div), Nazlı Nəsirova (Ağca), Kamlı Qədir (Cırtdan), Yağmur Məmmədzadə (Tıq-tıq xanım), Röyal Məmmədzadə (Siçan) və Ümid Hacılı (Məlikməmməd) canlandırıblar.

Nağıl qəhrəmanlarının macəralarını əks etdirən tamaşa uşaqlar tərəfindən böyük maraqla izlənilib, onların sevinc və alqışları ilə qarşılanıb. Musiqili və əyləncəli səhnələr balaca tamaşaçılara xoş anlar yaşadaraq bayram əhval-ruhiyyəsi bəxş edib.