Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

20.05.2026

Mayın 20-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində tanınmış şair, yazıçı, Əməkdar mədəniyyət işçisi Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, həmçinin Azərbaycan Dövlət Televiziyası və "Mədəniyyət" kanalında yayımlanan "Tərəkəmə" verilişinin aparıcısı olan Qəşəm Nəcəfzadə ilə yaradıcılıq görüşü təşkil olunub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, gənclər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şairin yaradıcılığında özünü göstərən zəngin bədii dil, dərin fəlsəfi məzmun və milli-mənəvi dəyərlərə bağlılığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, müəllifin həm böyüklər üçün qələmə aldığı fəlsəfi əsərlərin, həm də uşaq ədəbiyyatına bəxş etdiyi dəyərli nümunələrin ədəbi mühitdə özünəməxsus yer tutduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində gənclər Qəşəm Nəcəfzadənin sevilən lirik və fəlsəfi şeirlərini səsləndirib, müəlliflə səmimi fikir mübadiləsi aparıblar.

Sonda xatirə şəkli çəkdirilib.