Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib

01.05.2026

Mayın 1-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Hophopnamə” Kitab Mərkəzində yazıçı-şair Pünhan Şükürün yeni nəşr olunan “Xudavəng əfsanəsi” və “Mənə Şəhrizadın nağılın danış” kitablarının təqdimatı keçirilib.

Təqdimat mərasimində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov, kitabın redaktoru Nazim Vəlişov, rəssamı Sehran Allahverdiyev, eləcə də rayonun tanınmış qələm sahibləri – Elçin Nəsib, Xanoğlan Əsgərov, Xəlil Mirzə və Rəqibə Qəvvas iştirak ediblər.

Tədbirdə əvvəlcə müəllifin yaradıcılıq yolu və ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yazıçının Qarabağ mövzusuna həsr etdiyi əsərləri oxucular tərəfindən xüsusi maraqla qarşılanır. Xüsusilə işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən qədim Alban abidəsi Xudavəng monastırına həsr olunmuş “Xudavəng əfsanəsi” kitabı tarixi və bədii dəyəri ilə seçilir.

Çıxış edənlər müəllifin yaradıcılığından bəhs edərək təqdim olunan əsərlərin bədii-estetik xüsusiyyətlərini, tarixi əhəmiyyətini və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolunu vurğulayıblar.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar tərəfindən müəllifə müxtəlif suallar ünvanlanıb. Sonda Pünhan Şükürün qələmindən çıxan poeziya nümunələri səsləndirilib və oxucular üçün imza saatı təşkil olunub.