17.04.2026
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, idarənin və tabe müəssisələrin bir qrup əməkdaşı “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Sabirabad rayonunda yerləşən tarixi abidələri və yerləri ziyarət ediblər.
Ziyarətçilər rayonun ərazisində 1657 – ci ildə inşa edilmiş "Qalağayın" məscidini, XVIII əsrə aid Baba Səmid türbəsini ziyarət ediblər.
Ekskursiya zamanı iştirakçılara qədim yaşayış məskənləri və abidələr haqqında ətraflı məlumat verilib.
Ekskursiyanın sonunda xatirə şəkili çəkdirilib.