Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda Ümumdünya İncəsənət Günü qeyd olunub

15.04.2026

Aprelin 14-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” Kitab Mərkəzində 15 aprel – Ümumdünya İncəsənət Günü münasibətilə konsert proqramı təşkil olunub.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Gənclər və İdman İdarəsinin rəhbərləri, peşə məktəbinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Ümumdünya İncəsənət Gününün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün bəşəriyyətin ortaq dəyəri olan incəsənətin təbliği, yaradıcı insanların əməyinə verilən dəyərin ifadəsidir. O qeyd edib ki, incəsənət cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir.

Konsert proqramı ilə davam edən tədbirdə Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbi və Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, eləcə də yerli incəsənət nümayəndələrinin təqdim etdikləri rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.