Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda İlaxır çərşənbəsi qeyd olunub

17.03.2026

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Kür və Araz çaylarının qovuşduğu Suqovuşan ərazisində, Kür çayının sahilində bayram konserti təşkil olunub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, rayonun idarə və təşkilatlarının nümayəndələri, mədəniyyət işçiləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə Həsən Həsənov çıxış edərək iştirakçıları Torpaq çərşənbəsi münasibətilə təbrik edib. O, çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının və Novruz ənənələrinin yaşadılmasının vacibliyini vurğulayıb.

Daha sonra mədəniyyət nümayəndələrinin ifasında bayram ab-havasını əsk etdirən konsert proqramı təqdim edilib.