12.03.2026
12 mart 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli rayon Mədəniyyət Mərkəzində “Sənətə həsr olunmuş ömür” adlı xatirə tədbiri keçirilib. Tədbir 25 fevral 2026-cı il tarixində dünyasını dəyişmiş, Mədəniyyət Mərkəzinin sabiq direktoru Sərvər Şirinovun doğum gününə həsr olunub.
Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, mərhum Sərvər Şirinovun ailə üzvləri, yaxınları və dostları iştirak ediblər.
Çıxış edənlər Sərvər Şirinovun zəngin həyat və yaradıcılıq yolundan, uzun illər mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, rayonda mədəni-kütləvi tədbirlərin təşkilində və mədəniyyətin inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, o, öz fəaliyyəti ilə mədəniyyət sahəsinə böyük töhfələr vermiş, həmkarlarının və rayon ictimaiyyətinin dərin hörmətini qazanıb.
Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında mərhuma həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub və onun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdən sonra iştirakçılar Sərvər Şirinovun məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.