Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlıda Yel çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib

10.03.2026

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı rayon Heydər Əliyev Mərkəzində “Novruzun üçüncü müjdəsi: Yel çərşənbəniz mübarək!” mövzusunda bayram tədbiri keçirilib.

Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Novruz bayramının xalqımızın zəngin milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq, əsrlər boyu qorunub saxlanılan adət-ənənələrin yaşadılmasının və gənc nəslə aşılanmasının əhəmiyyətindən bəhs ediblər.

Tədbirin bədii hissəsində musiqi məktəbinin şagirdlərinin ifasında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub. Səsləndirilən şən mahnılar və milli rəqslər, o cümlədən “Nəlbəki” rəqsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində Novruzun adət-ənənələrini əks etdirən bədii kompozisiyalar nümayiş etdirilib, mərkəzin foyesində isə bayrama həsr olunmuş, xalq tətbiqi sənəti və milli mətbəx nümunələrini əks edirən sərgi təşkil olunub.