10.03.2026
Yel çərşənbəsi münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli rayon Mədəniyyət Mərkəzinin Məzərli kənd Diyarşünaslıq evinin qarşısında yerləşən istirahət parkında “Yelin səsi, baharın müjdəsi” adlı bayram tədbiri keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində Yel çərşənbəsinin və Novruz ənənələrinin rəmzlərini əks etdirən sərgiyə baxış keçirilib. Sərgidə milli mətbəx nümunələri, xalq sənətkarlığı məhsulları, həmçinin Novruz atributları nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində çıxış edənlər Yel çərşənbəsinin, Novruz Bayramının xalqımızın qədim inanc və ənənələrində xüsusi yer tutduğunu qeyd edərək bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin təqdimatında Yel çərşənbəsinə və Novruz bayramına həsr olunmuş səhnəciklər və folklor nümunələri nümayiş etdirilib. Bayram ab-havasını əks etdirən rəqs kompozisiyaları təqdim olunub, müxtəlif musiqi nömrələri ifa edilərək iştirakçılara xoş ovqat bəxş edilib.