06.03.2026
Mil-Muğan Regional Mədəniyyət İdarəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə idarə aparatının əməkdaşları və tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin xanım rəhbərləri ilə görüş təşkil olunub.
Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev xanımları əlamətdar gün münasibətilə təbrik edərək onların cəmiyyətin və mədəniyyət sahəsinin inkişafında mühüm rol oynadıqlarını qeyd edib. O, mədəniyyət müəssisələrində çalışan qadınların fəaliyyətini yüksək qiymətləndirərək onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən xanımlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək mədəniyyət sahəsinin inkişafı istiqamətində bundan sonra da səylə çalışacaqlarını qeyd ediblər.
Sonda tədbirdə iştirak edən xanımlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən bayram münasibətilə hədiyyələr təqdim olunub.