Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda Xocalı soyqırımı anılıb

26.02.2026

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər heyyəti və əməkdaşları, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Tədbir çərçivəsində əvvəlcə Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində “Torpağı sanı yaşayasan” adlı bədii film nümayiş etdirilib. 1993-cü il 29 oktyabrda Zəngilanda baş verən hadisələrdən bəhs edən 25 dəqiqəlik ekran əsərində vətənə sədaqət və insanlıq borcu ön plana çəkilib.

Nümayişdən sonra çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev filmin tarixi həqiqətlərə söykəndiyini bildirib, Xocalı soyqırımının milli yaddaşımızda silinməz iz buraxdığını və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə şəhidlərimizin qisası alınıb, tarixi ədalət bərpa olunub.

Daha sonra tədbir iştirakçıları Sabirabad Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxış keçirib, faciənin dəhşətlərini əks etdirən foto və materiallarla tanış olub.

Sərgidə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov Xocalı faciəsinin beynəlxalq müstəvidə tanıdılmasının əhəmiyyətini diqqətə çatdırıb, əldə olunan Zəfərin xalqımızın birliyini və dövlətimizin gücünü nümayiş etdirdiyini bildirib. O vurğulayıb ki, şəhidlərin əziz xatirəsi daim uca tutulur

Tədbirin davamında rayonun mərkəzi meydanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinə ehtiram ifadə olunub.