05.02.2026
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində rayon üzrə mədəniyyət müəssisələrinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman sektorunun, Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı" adlı anım tədbiri keçirilib.
Tədbirdə Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin, rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, rayon Gənclər və İdman sektorunun əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.
Dövlət himni səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı həqiqətlərini özündə əks etdirən “Xocalı -XX əsrin soyqırımı” adlı sənədli film nümayiş olunub.
Anım mərasimində çıxış edənlər 1992-ci ilin qanlı fevral gecəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilmiş amansız faciə haqqında ətraflı məlumat verib, Xocalı soyqırımının bəşər tarixində insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri, misli görünməmiş qırğın nümunəsi olduğunu bildiriblər.
Qeyd olunub ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib və faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” kompaniyası çərçivəsində
mühüm addımlar atılıb.