Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru vəfat edib

25.02.2026

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Şirinov Sərvər Mərkəz oğlu 25 fevral 2026-ci il tarixində, 52 yaşında vəfat edib.

Sərvər Şirinov 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Dram teatr və kino aktyoru” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə İmişli rayon Mədəniyyət Mərkəzində baş metodist vəzifəsində başlayıb, 2001-ci ildən etibarən Mərkəzin direktoru vəzifəsində çalışıb.

O, rayonun ictimai və mədəni həyatında fəal iştirak edib, səhnə fəaliyyətində yüksək peşəkarlığı ilə seçilərək bir çox obrazlara uğurla həyat verib. Sərvər Şirinov uzun illər ərzində mədəniyyətin inkişafına verdiyi töhfələrlə yadda qalıb.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin kollektivi mərhumun vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.